ABŞ-da F-35 hərbi təyyarələrdən istifadə etmək üçün türk əsgərlərə bundan sonra təlim keçirilməyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi adını açıqlamadan ABŞ rəsmisinə istinadla bildirib. Həmin şəxs türk pilotlar üçün təlim keçirilməməsinə dair qərar verildiyini bəyan edib.
Qeyd edək ki, buna qədər ABŞ türk pilotlarına seminar keçəcəyini elan etmişdi. Adını açıqlamayan dövlət rəsmisi “əgər Türkiyə S-400 kompleksi ilə bağlı planlarını dəyişərsə, bu qərarımız da dəyişə bilər. Bu qərar ancaq türk pilotları və texniki qruplarına şamil olunur. Hazırda Arizonada Like hava qüvvələrinin bazasında seminar alan türk hərbçilərin təlimi davam edir” demişdi.
Qeyd edilir ki, hazırda Like hava bazasında 4 türk pilot semnar keçir, 2 türk hərbçi isə bazada yüksək vəzifə xidməti həyata keçirir. ABŞ rəsmiləri qeyd edirlər ki, hazırda 6 türk pilotla birlikdə daha 2 türk hava sahəsi ilə bağlı biliklərini artırır.
Xatırladaq ki, Türkiyə 9 milyard dollara 100 ədəd F-35 təyyarəsi almaq niyyətini ifadə edib.