“Vikiliks”in qurucusu Culian Assanjın İngiltərədə saxlanldığı həbsxanadakı görüntüləri aşkara çıxıb.
Teleqraf.com xəbər verir ki, Rusiya mediasına sızdırılan gizli kamera qeydləri yüksək təhlükəsizlik tədbirlərinin görüldüyü Belmarş həbsxanasında çəkilib.
Qeydlərdə Assanjın başqa bir məhkumla söhbət etdiyi görünür.
Gizli kamera görüntülərində bir hücrənin daxili də əks olunub. Yerdə bir çox jurnal gözə çarpır. Ancaq bu hücrənin Assanja aid olub-olmadığı bilinmir.
Kamera qeydlərini Assanjın dəstəkçisi olduğu bildirilən başqa bir məhkumun çəkdiyi vurğulanır.
Görüntülərin çəkilməsindən qısa zaman sonra Assanjın sağlıq durumunun pozulduğu və həbsxanada nəzarət altında saxlanıldığı yayılan xəbərlər sırasındadır.