8 Sentyabr 2014 21:16
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan Baş Prokurorluğu bəyanat yayıb

"Özbəkistanın Baş Prokurorluğu Kərimova soyadlı biri barədə cinayət işi açaraq onun haqqında axtarış elan edib. Söhbət ölkə prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovadan gedir”.

ANS PRESS-in məlumatına görə, bu xəbər Özbəkistan Baş Prokurorluğu tərəfindən də təsdiqlənir.

Baş Prokurorluğun yaydığı məlumata görə, “mütəşəkkil cinayətkar dəstənin üzvləri 2011-2013-cü illər ərzində sahibkarlıqla məşğul olmaq adı altında təsərrüfat fəaliyyəti sahəsində sistemli surətdə cinayətlər törədib, şantaj, sənədlərin saxtalaşdırılması və talançılıq yolu ilə dövlətə xüsusilə böyük məbləğdə maddi ziyan vurublar”.

Özbəkistan Baş Prokurorluğu daha sonra bəyan edir ki, cinayətkar dəstə on milyardlarla som (özbək valyutası) dəyərində olan dövlət aktivlərini ucuz qiymətə satın alaraq dövlət əmlakına qanunsuz yollarla sahiblənib: “Cinayətkar dəstənin hazırda Özbəkistanda olan üzvlərinin 457 milyard som (190 milyon dollar) dəyərindəki əmlakı dövlət nəfinə geri alınıb”.

Baş Prokurorluğun bəyanatında deyilir ki, dəstə üzvləri “Özbəkistan hava yolları”, “Coca Cola İçimliyi Özbəkistan Ltd.” kimi şirkətlərin aktivlərinin qiymətini aşağı salmaqla dəyər-dəyməzinə alıblar.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda şübhəli şəxs kimi Rüstəm Madumarov və Qayane Avakyan adlı iki nəfərin də adı hallanır. Onlar prezident İslam Kərimovun ailə üzvləri ilə münasibətləri bir neçə ildir gərgin olan böyük qızı Gülnarə Kərimovanın yaxın ətrafına daxildir.

Özbəkistan Baş Prokurorluğunun G.Kərimovaya cinayət işi açması xəbəri digər mənbələrdən də təsdiqlənib.

“Həqiqətən də burada söhbət prezidentin qızı Gülnarə Kərimovaya cinayət işi açılmasından gedir” - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.


Müəllif:

Oxşar xəbərlər