Suriya ordusunun Hama vilayətində həyata keçirdiyi əməliyyat zamanı 140 terrorçu zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, Bəşər Əsədin rəhbərlik etdiyi ordu birlikləri Ən-Nüsra Cəbhəsinin Hamadakı mövqelərini hədəfə alıb.
Suriya ordusu habelə Əl-Cəbin və Əl-Mələh bölgələrində də anti-terror əməliyyatları həyata keçirib.
Terror təşkilatının İdlibdəki mövqelərinə isə hava zərbələri endirilib.