İsrailin keçmiş prezidenti Şimon Peres Türkiyə ilə bağlı şok bir tələb səsləndirib.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, keçmiş prezident Türkiyə və Qətəri terroru maliyyələşdirməkdə ittiham edərək, bu ölkələrə qarşı sərt iqtisadi sanksiyaların tətbiq olunmasını istəyib.
Ölkəsində keçirilən terrorla mübarizə üzrə konfransda çıxış edən Peres “terror ərəb dünyasını parçalayır” şəklində xəbərdarlıq edib.
O, həmçinin terrora və Həmas təşkilatına qarşı səsini ucaltdığı üçün Fələstin rəhbəri Mahmud Abbası tərifləyib.