10 İyun 2019 18:57
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda iki həftə əvvəl yaradılmış müxalif “Adekvad” partiyasının rəhbəri Artur Danielyan saxlanılıb.

Teleqraf.com xəbər verir ki, A.Danielyan baş nazir Nikol Paşinyanın ünvanına səsləndirdiyi təhdidlərlə əlaqədar polisə gətirilib.

Hadisə ilə bağlı polis orqanları hər hansı bir açıqlama verməyib.

A.Danielyan partiyanın yaradılmasını mayın 27-də elan etmişdi. O, ölkədəki siyasi rejimin hadisələrə adekvat reaksiya vermək bacarığını itirdiyini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər