İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, "UTC" vaxtı ilə saat 16:59-da qeydə alınan yeraltı təkanların episentri Tual şəhərindən 141 kilometr cənub-qərbdə, ocağı isə 40 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.