İngiltərənin “Mençester Yunayted” klubu ilə yollarını ayıran portuqal baş məşqçi Joze Mourinyo özünə yeni iş tapıb.
Teleqraf.com xəbər verir ki, “Nyukasl Yunayted”i 350 milyon sterlinqə satın alan Şeyx bun Zayed əl-Nəhayan klubun başına Mourinyonu gətirmək istəyir.
“The Mirror”da yer alan xəbərə görə, poruqal futbol mütəxəssisi keçən il Premyer Liqanı 13-cü sırada bitirən “Nyukasl Yunayted”lə razılaşıb.
İspan futbol mütəxəssisi Rafael Benitezlə yola davam etmək istəməyən klub yeni baş məşqçi ilə mundialdakı mübarizəsini davam etdirəcək.