13 İyun 2019 00:57
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran müharibəni birinci başlatmayacaq, lakin istənilən təcavüzə sarsıdıcı cavab verəcək.

Teleqraf.com xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşün yekunları ilə bağlı keçirilən brifinqdə qeyd edib. .

H.Ruhani bildirib: "İran regionun və dünyanın təhlükəsizliyi üçün əhəmiyyətli olan razılaşmaya sadiqliyini qoruyacaq. Həm Tehran, həm də Tokio nüvə silahına qarşıdırlar".

İran prezidenti qeyd edib ki, ABŞ onun ölkəsinə qarşı iqtisadi müharibəni dayandırsa, Yaxın Şərq regionunda müsbət dəyişikliklər mümkündür: "Əgər biz bu gün regionda gərginlik görürüksə, bunun əsas səbəbi ABŞ-ın İran millətinə qarşı həyata keçirdiyi iqtisadi müharibədir. Bu müharibə bitəndən sonra, biz regionda və dünyada müsbət hadisələrin şahidi olacayıq".

H.Ruhani həmçinin bildirib ki, Yaponiya İran neftini almağa davam etmək istəyir.

Qeyd edək ki, Yaponiya ABŞ-ın Tehrana qarşı sanksiyalarını bərpa etməsində sonra bu ölkədən neft alışını dayandırmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər