Rusiya və Türkiyə Suriyanın İdlib bölgəsində atəşkəsin elan edilməsi ilə bağlı anlaşıb.
Teleqraf.com xəbər verir ki, bunu Suriyadakı Rusiya Mərkəzinin rəhbəri, general-mayor Viktor Kupçişin deyib.
Anlaşmanın əldə edilməsindən sonra militanlar tərəfindən açılan atəş sayının azaldığını deyən general qeyd edib ki, bundan sonra yalnız Hamada iki dəfə atəşkəs rejiminin pozulması halı qeydə alınıb.
Kupçişin Suriya hökumətinə bağlı ordunun açılan atəşə cavab vermədiyini sözlərinə əlavə edib.