Türkiyənin Bursa şəhərində həbsxanadan icazə alıb çıxaraq həyat yoldaşını 19 bıçaq zərbəsi ilə qətlə yetirən kişi ömürlük azadlıqdan məhrum edilib.
Teleqraf.com xəbər verir ki, hökm elan edilərkən 35 yaşlı məhkum Mehmet Hanifi Alparslanın hakimə ünvanlandığı sual hər kəsi təəccübləndirib.
Hakim cəza müddətinin ağırlaşdırılmış rejimdə keçəcəyini elan edərkən, məhkum ona “Müddəti nə qədərdir?” sualını ünvanlayıb.
Hakim Erhan Peker isə Alparslanın sualına belə cavab verib: “Sən cəzanı çək, müddəti hesablanacaq”.
İddiaya görə, Mehmet Hanifi Alparslan həyat yoldaşı Çiydəm Alparslanı mübahisə zəminində qətlə yetirib.