15 İyun 2019 16:04
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da böyük nüfuza malik “Con Batçelor Şou” radio proqramı Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə götürüb.

Bu barədə Teleqraf.com-a Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Jurnalist Con Batçelor Mərkəzi Asiyaya səfəri ərəfəsində Azərbaycanın bu region ölkələri üçün inkişaf modeli olmasına dair fikirlər səsləndirib.

Daha sonra diqqəti ölkəmizə yönəldən C.Batçelor Azərbaycanın Ermənistanla uzun müddətdir ki münaqişədən əziyyət çəkməsini xatırladıb, 31 may tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ordusunun mayoru Adil Ömərovun snayper ilə qətlə yetirilməsinə diqqət çəkib.

Ermənistan tərəfinin sülh üçün ya hazır olmadığını, ya da bunu istəmədiyini qeyd edən səfir Ermənistanın inkişafı və erməni xalqının rifahı üçün sülhün vacibliyi və cəmiyyətin buna hazır olmasının, etimad quruculuğu tədbirlərinin yaradılmasının əhəmiyyətini qeyd edib, lakin baş verən son hadisənin Ermənistan tərəfinin tam əksinə fəaliyyət göstərdiyinə sübut olduğunu vurğulayıb, bu təxribatın davamlı olmayacağına ümidini ifadə edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər