17 İyun 2019 12:23
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış güney azərbaycanlı milli-mədəni fəal, musiqi ustadı mərhum Həsən Dəmirçinin (Həsən Azərbaycan) vəfatının birinci ildönümü mərasimi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Güney Azərbaycana bağlı saytlar məlumat yayıb.

Mərhumun ailəsi tərəfindən yayılan bildirişdə elan olunduğu kimi, mərasim iyunun 20-də yerli vaxtla saat 18:30-dan 20:30-dək Təbrizin ”Ana” parkının qarşısında yerləşən “Nəzirvəndi” məscidində keçiriləcək.

Qeyd edək ki, H.Dəmirçi 2017-ci il iyunun 24-ü sübh saatlarında Təbrizdə müalicə aldığı “Ali nəsəb” xəstəxanasında vəfat edib.

O, 1941-ci ildə Təbrizdə dünyaya göz açıb. Şair, yazıçı və musiqi ustadı kimi bütün ömrünü vətəni Azərbaycan, onun musiqisi və ictimai-siyasi məsələlərinə həsr edib. Azərbaycan xalqı bu xidmətlərinə görə ona “Həsən Azərbaycan” ləqəbi verib.

H.Dəmirçi Güney Azərbaycanın klassik və muğam musiqisi üzrə ən tanınmış incəsənət xadimlərindən biri olub.
O, sağ ikən Azərbaycan xalqının milli haqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər