Ərdəbil İnqilab Məhkəməsinin birinci şöbəsində tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin sayca üçüncü məhkəmə iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, fəal iyunun 16-da keçirilən məhkəmə prosesində özünü və Güney Azərbaycan Milli Hərəkatını müdafiə edib. O, məhkəmənin irəli sürdüyü bütün ittihamların əsassız və hüquqi cəhətdən etibarsız olduğunu bildirərək onları rədd edib.
Məhkəmə ETTELAAT İdarəsinin raportları və cinayət işinin böyük olduğunu nəzərə alaraq prosesi gələcək günlərə təxirə salıb. Növbəti məhkəmə iclası ilə bağlı fəala çağırış vərəqəsi göndəriləcəyi bildirilib.
Qeyd edək ki, yanvarın 15-də Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsində təhlükəsizlik qüvvələri tərəfindən oğurlanan fəal Ərdəbilə aparılıb. O, 5 aydan çoxdur ki, Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır.
Ərdəbil prokurorunun müavini hazırladığı ittiham aktında fəala qarşı əsası olmayan 4 ağır ittiham irəli sürüb.