Erməni ordusunun Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirdiyi “hərbi təlim”in videogörüntüsü yayılıb.
Teleqraf.com xəbər verir ki, müasir silahların sınaqdan keçirildiyi iddia olunan videoda köhnə Rusiya istehsalı tanklardan başqa heç bir texnika gözə dəyməyib.
Videogörüntüdə hərbi texnikalardan istifadə halları da öz əksini tapmayıb.
Görüntülər sosial şəbəkədə gülüş obyektinə çevrilib.
Videonu təqdim edirik: