İngiltərədə Tereze Meyin istefa qərarından sonra baş nazirlik uğrunda mübarizə davam edir.
Teleqraf.com xəbər verir ki, Mühafizəkar Partiyanın liderliyinə və baş nazirliyə ən güclü namizədlərdən olan sabiq daxili işlər naziri Boris Conson yarışın ikinci turunda ən çox səs alib.
126 səs alan Boris Consonun ən yaxın rəqibi olan xarici işlər naziri Ceremi Hunt isə cəmi 46 səs toplaya bilib.
Beynəlxalq məsələlər üzrə nazir Rory Stevart 37, nazir Mixail Gove 41, daxili işlər naziri Sajid Javid 33, Breksit məsələləri üzrə sabiq nazir Raab isə cəmi 33 səs ala bilib.
Müşahidələr göstərir ki, Mühafizəkar Partiya daxilində ən çox səs toplayan iki namizəd baş nazir olmaq üçün az səs toplayan siyasətçilərdən dəstək istəyəcək.