Siyasətçi və biznesmenlərə öz restoranında qonaqlıq verən Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin mərasimdə çıxışı maraqla qarşılanıb.
Teleqraf.com xəbər verir ki, oğlu Əhməd Tatlısəslə birgə “Tatlısəs Kabab Seyrantəpə” restoranında təşkil etdiyi qonaqlıqda müğənni ölkəsinə və prezidentə sevgisini bəyan edib:
"Urfalı ciyərçi Əhmədin oğluyam, məmləkətim üçün ölərəm, Tayyib Ərdoğan üçün ölərəm. Ona dəstək vermək üçün burdayam. Mənim üçün İstanbul təkcə İstanbul deyil, dünyanın paytaxtıdır. Dünyanın gözü İstanbuldadır, gəlin, İstanbula pis gözlə baxan hər kəsin gözünü kor edək. Pis gözlə yox, yaxşı gözlə baxsınlar".
İbrahim Ttalısəs qeyd edib ki, 15 iyul hadisələri zamanı prezident Ərdoğan olmasaydı, hamı xain elan edilərdi: "Vəfalı adamdır. Almaniyada reanimasiyadan çıxanda telefonu qulağıma tutdular ki, prezidentdir. ABŞ-da telefonu götürürəm ki, prezidentdir, harada axtarsam, tapıram. Məscidlərdə Quran oxuyan prezidentdir. Necə bu adamın arxasınca getməyəsən?! Mən gedirəm, dostum, sözü olan varsa desin. Mənim mövqeyim bəllidir".