23 İyun 2019 19:39
1 753
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İranın pilotsuz qurğunu vurmasına cavab olaraq bu ölkənin müdafiə sistemlərinə kiber hücum edib.

Teleqraf.com xəbər verir ki, bu barədə adı açıqlanmayan iki amerikalı məsul şəxs "Associated Press" agentliyinə açıqlamasında bildirib.

Qeyd olunub ki, hücum Donald Trampın göstərişilə edilib.

Hədəf İnqilab Keşikçiləri Korpusuna aid raket sistemləri olub.

Kiber hücumun baş tutduğu bildirilir.


Müəllif: Teleqraf.com