İngiltərə baş nazirliyinə real namizəd Boris Consona qarşı şantajlar davam edir.
Teleqraf.com xəbər verir ki, ötən həftənin cümə günü onun evindən gələn “qadın qışqırtıları” səbəbindən qonşuları polis çağırıb.
Məhz bu hadisədən sonra Consona qarşı etirazlar başlayıb.
“Quardian” qəzetinin xəbərinə görə, Mühafizəkarlar Partiyasının bəzi şəxsləri hesab edirlər ki, o gecə Consonun evində yaşanan hadisələri ortaya çıxarsa onun baş nazirlik uğrunda apardığı kampaniya bata bilər.
Beynəlxalq ticarət naziri Liam Foks bəyan edib ki, Boris Consonun verəcəyi kiçik bir açıqlama hər şeyi korlaya bilər.
Ötən gün seçki kampaniyası çərçivəsində çıxış edən Boris Conson evində baş verən hadisə ilə bağlı suallara cavab verməməyi üstün tutub.
Bəziləri bu hadisənin Boris Consonu şantaj və manipulyasiyalara açıq hədəfə gətirdiyini düşünürlər. Mühafizəkarlar Partiyasının bir sıra üzvləri isə Consonun bu mövzuda açıqlama verməli olduğunu bildiriblər.
Xatırladaq ki, İngiltərənin sabiq xarici işlər naziri olan Boris Conson hazırda Tereza Meydən sonra baş nazir olmağa ən iddialı namizəd hesab olunur.