9 Sentyabr 2014 20:49
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə saytları Səudiyyə Ərəbistanındakı mənbələrə isnadən “İraq Şam İslam Dövləti” (İŞİD) terror qruplaşmasına qarşı mübarizə aparmaq istəyən dövlətlərin bu günlərdə görüşəcəklərini bildirir.

Görüşə ABŞ, Misir, İordaniya, Türkiyə və s. dövlətlərin qatılacağı deyilir. Səudiyyə Ərəbistanının rəsmi xəbər agentlikləri toplantıda terror məsələsinin və terrorun arxasında duran terror qruplarına qarşı mübarizə məsələsinin müzakirə ediləcəyini nəzərə çatdırır.

Görüşdə ABŞ Dövlət katibi Con Kerrinin NATO zirvəsində bəyan etdiyi İŞİD-ə qarşı koalisiya planını reallaşdırması üçün görüşlər keçirməsi nəzərdə tutulur.

Koalisiyaya ABŞ, Misir, İordaniya və Türkiyədən əlavə, 6 körfəz ölkəsinin qatıcağı da deyilib.

“Bu nöqtədə Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya kimi əhli-sünnə ölkələrinin “addım atmasına” ehtiyac var, onların da müxadiləsi tələb olunur. Bu, onların bölgəsidir, İŞİD bizdən çox onları təhdid edir”, deyə bu dövlətlərin terrora qarşı mübarizəyə qoşulması haqda ABŞ prezidenti Barak Obamanın çağırışı nəzərə çatdırılır.


Müəllif:

Oxşar xəbərlər