İran Prezidenti Həsən Ruhani Vaşinqtonun ölkə rəhbərliyinə və hərbi establişmentə sanksiyalar tətbiq etməsi barədə danışıb.
Teleqraf.com xəbər verir ki, o, İran Səhiyyə Nazirliyi əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə Ağ Evin ünvanına kəskin fikirlər səsləndirib.
“Ağ Ev əqli cəhətdən geri qalıb”, – deyə H.Ruhani İran Səhiyyə Nazirliyi rəhbərliyinin qarşısına çıxışı zamanı bildirib. Onun sözlərini İran Prezidentinin rəsmi saytı sitat gətirib.
Qeyd edək ki, ABŞ bundan əvvəl İranın bir sıra hərbi rəhbərlərinə, eləcə də ölkənin ali lideri Əli Xamneyiyə sanksiyalar tətbiq edib. ABŞ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə qarşı tədbirlər hazırladığını da bildirib.