25 İyun 2019 18:15
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın müdafiəsi ilə məşğul olanlar sabiq dövlət başçısının həbsi ilə bağlı Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə etiraz edəcək.

Teleqraf.com xəbər verir ki, bunu “RİA Novosti”yə keçmiş dövlət başçısının vəkillər komandasının mətbuat katibi Elina Saakova bildirib.

“Apelyasiya Məhkəməsinin qərarından əlbəttə, şikayət ediləcək”, – deyə Saakova bildirib.

Onun sözlərinə görə, hazırda Köçəryanın müdafiəçiləri kassasiya məhkəməsinə müraciət etmək üçün Apelyasiya Məhkəməsinin qərarının dərcini gözləyirlər.

Qeyd edək ki, bu gün Ermənistan Apelyasiya Məhkəməsi R.Köçəryanın həbsdən azad edilməsinə dair birinci instansiya məhkəməsinin çıxardığı qərarı ləğv edib. Bundan əlavə, Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin işin dayandırılması və onun Konstitusiya Məhkəməsinə göndərilməsi barədə qərarın qüvvədən düşməsi barədə qərar çıxarıb.

R.Köçəryan və onun vəkilləri Apelyasiya Məhkəməsinin bu gün keçirilən iclasını boykot ediblər.


Müəllif: Səxavət

Oxşar xəbərlər