“Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiya-Ermənistan münasibətləri daha da möhkəmlənib”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
Ekspertin fikrincə, Moskva və İrəvan arasındakı ikitərəfli əlaqələr göründüyü kimi deyil:
“Bəziləri sevinərək deyir ki, AŞPA-da Ermənistan Rusiyanın əleyhinə səs verdi. Amma bu o demək deyil ki, Moskva və İrəvan arasında vəziyyət gərgindir. Məsələni bəsit düşünmək lazım deyil. Hesab edirəm ki, Moskva və İrəvan arasındakı münasibətlər Bakı-Moskva münasibətlərindən daha sabitdir.
Paşinyanı əjdahaya çevirməyə ehtiyac yoxdur. Paşinyan ona verilən səhnədə bu çərçivədən kənara çıxmamaq şərtilə oynamaqla məşğuldur, çünki belə lazımdır.
Təəssüf ki, Rusiya və Ermənistan arasındakı münasibətlərin bərbad olduğunu tez-tez təcrübəli ekspertlərimizin dilindən də eşidirik. Ya siz çox romantiksiniz, ya da çox bəsit düşünürsünüz. Çünki son bir ildəki Ermənistan-Rusiya münasibətləri əvvəlki illərdən daha effektiv haldadır”.