28 İyun 2019 08:45
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Senatının qəbul etdiyi 2020-ci il müdafiə büdcəsi layihəsində Türkiyəyə beşinci nəsil "F-35" təyyarələri və müvafiq texnologiyaların satışına qadağanı da yer alıb.

Teleqraf.com xəbər verir ki, Konqresin yuxarı palatasında keçirilən səsvermənin yekununda 86 senator sənədin lehinə, 8-ci əleyhinə səs verib.

Qanun layihəsinin mətnində qeyd olunur ki, müdafiə naziri və dövlət katibi Konqresə Türkiyə hökumətinin Rusiyadan S-400 zenit-raket kompleksi almayacağına dair sübut təqdim edəcəyi təqdirdə, sənəddə istisna ola bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər