29 İyun 2019 17:35
1 788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 zirvəsindən sonra jurnalistlərin suallarını cavablandırıb.

Teleqraf.com xəbər verir ki, ölkə başçısı ABŞ və Türkiyə arasında “S-400” gərginliyi barədə danışıb.

Ərdoğan Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri alması ilə bağlı məsələsnin müzakirə olunmayacağını deyib:

“Az əvvəl hörmətli Trampla danışdıq, “S-400”lər təslimedilmə prosesindədir. Belə bir anlaşmadan geri çəkilmək Türkiyə kimi dövlətə yaraşmaz.

Bu məsələ bitdi, biz Obama dönəmində Amerikadan “Patriot” almaq üçün addım atdıq, amma Konqres buna icazə vermədi. İndi də ən uyğun qiymətlərlə bunu əvəz edəcək sistemləri Rusiyadan aldıq.

Sanksiya məsələsinə bu gün Tramp da aydınlıq gətirdi, belə bir addımın atılmayacağını özü mənə dedi.

Rusiyadan “S-400”, ABŞ-dan isə 100 ədəd “Boeing” təyyarəsi alırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər