29 İyun 2019 20:40
1 808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Türkiyə və ABŞ arasında gərginliyə səbəb olan S-400 hava hücumundan müdafiə sistemlərini İrana da sata biləcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidməti (FSVTS) məlumat yayıb.

Açıqlamada Rusiyanın sözügedən sistemləri İrana satmağa hazır olduğu, lakin bu barədə rəsmi Tehrandan təklif gəlmədiyi bildirilib:

“İranla S-400 sistemlərinin satılmasına dair müzakirələrə açığıq. Lakin əməkdaşlıq etdiyimiz ölkədən hələlik belə bir təklif almamışıq”.

İran xarici işlər nazirliyinin mətbuat katibi Abbas Əraqçı bundan əvvəl verdiyi açıqlamasında S-400 sistemlərinə ehtiyaclarının olmadığını demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər