30 İyun 2019 23:12
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın iki iri şəhərində - Almatı və Nur-Sultanda demokratikləşdirmə uğrunda mitinq keçirilib.

Teleqraf.com xəbər verir ki, mitinq hökumətlə razılaşdırılıb. Daha öncə Almatı şəhərinin icra hakimiyyəti tədbirin təşkilatçılarının mitinq keçirilməsi ilə bağlı müraciətlərinə 30 dəfə “yox” deyiblər.

Mitinqdə bir neçə yüz insan iştirak edib. İştirakçılar askiyaların icazə yox, bildiriş əsasında keçirilməsi tələbləri, eyni zamanda konstitusiya islahatları və ölkənin demokratikləşməsini tələb edirdilər.

Nur-Sultan şəhərində keçirilən mitinqdə qubernatorların və hakimlərin seçilməsi sisteminin yenidən baxılması, tikinti sahəsində problemlərin həlli, çoxuşaqlı ailələrin daha öncə söz verildiyi kimi paytaxtda evlərlə təmin edilməsi tələbləri irəli sürülüb.. Nümayişçilər həmçinin Qazaxıstan hakimiyyətindən etnik qazaxların siyasi tərbiyə düşərgələrinə yerləşdirildiyi Çinə təzyiq göstərmək tələb ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər