1 İyul 2019 12:20
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan Müdafiə Nazirliyi qarşısında bomba yüklü avtomobil partladılıb, daha sonra ətrafa atəş açılıb.

Teleqraf.com xəbər verir ki, Kabildəki güclü partlayış zamanı 50-dən çox insan yaralanıb.

Həlak olanlarla bağlı hələlik məlumat yoxdur. Partlayışdan sonra silahlı qrup nazirliyin binasını və ətrafını gülləyə tutub. Sonradan polis və əfqan xüsusi xidməti nazirliyin ətrafına nəzarəti ələ alıb.

Bu hücumun Taliban təmsilçilərinin Qətərin paytaxtı Dohada ABŞ rəsmiləri ilə sülh danışıqları apardığı bir vaxta təsadüf etməsi xüsusi diqqəti çəkir.


Müəllif: Cavad

Oxşar xəbərlər