5 İyul 2019 12:00
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paris sakinləri kütləvi şəkildə bu gözəl şəhəri tərk edir.

Teleqraf.com xəbər verir ki, Parisin də daxil olduğu Avropa paytaxtlarında kirayə qiymətinin artması səbəbindən bir çox ailələr şəhərin ətraf qəsəbələrinə və kənara köçməli olurlar.

Bu məqsədlə şəhər sakinləri öz evlərini yüksək qiymətə icarəyə verərək özləri şəhər xaricinə çıxırlar.

Şəhər rəsmiləri bildirir ki, Parisin mərkəzi böyük bir otel halına gəlib. Burada yaşayan insanların sayı günü-gündən azalır.

Bu il Parisin mərkəzindəki Vaugirard ibtidai məktəbinə cəmi 51 şagird müraciət edib. Bu məktəb son dörd ildə bağlanan dördüncü məktəb olub.


Müəllif: Cavad

Oxşar xəbərlər