“Nyu-York Tayms” qəzeti gürcü milyarder Bidzina İvanişvilinin Anakliya dərin limanına olan marağından yazıb.
Teleqraf.com xəbər verir ki, amerikan nəşri hakim Gürcü Arzusu partiyasının liderinin “TBC Bank”ın qurucusu Mamuku Xazaradzenin milyardlıq layihəsindən çıxarmağa çalışdığından şübhələnir.
Qəzetin əməkdaşı və məqalənin müəllifi David Siqal yazır ki, Qara dənizdə 2.5 milyardlıq layihənin sahibi olan 63 yaşlı İvanişvili hazırda Gürcüstan siyasətinin ən nüfuzlu şəxsidir:
“Gürcüstanın ən zəngin adamı olan Bidzina İvanişvili Tiflisdə ən cəlbedici mülkiyyətin sahibidir. Şəhərin tarixi hissəsinin yaxınlığındakı dağda 50 milyon dollar dəyərində futuristik polad və şüşədən olan qalası var. Bu, helikopter, müasir sənət kolleksiyası və akvariumunda köpəkbalığı olan təxminən 10 min kvadrat metr ərazini əhatə edən xüsusi bir ofisdir.
Ölkədə hansısa bir layihəni həyata keçirmək və vergi ödəyicilərinin pullarına gəlincə, onun xeyir-duası vacibdir“.
Müəllif qeyd edir ki, uzun illərdir Qərb dəyərləri üzərində nominal bir parlament demokratiyası olan, lakin yoxsulluq səviyyəsi artan xətlə yüksələn Gürcüstana İvanişvili tərəfindən nəzarət olunur . İndi İvanişvilinin sərvəti 5 milyard dollardır və bu, Gürcüstanın ÜDM-nün təxminən üçdə biri deməkdir.
Siqal yazır ki, Rusiyada özəlləşdirmə dövründə zəngin bir şəxsə çevrilən İvanişvili siyasətə gəlməzdən əvvəl “yaxşı əməl sahibi” kimi görünmək üçün mediaya və sosialyönümlü layihələrə böyük pullar xərcləyib:
“2011-ci ildə Gürcü Arzusu partiyasını quranda gürcülər onun kim olduğunu bilmirdilər, hətta onun haqda məlumat almaq üçün “Google” də kömək edə bilmirdi, onu tanıda biləcək çox az məlumat vardı. 2012-ci il seçkilərindən bir il sonra Gürcüstanın baş naziri idi, indi isə onun yeganə rəsmi mövqeyi Gürcü Arzusu partiyasının lideri olmasıdır”.
“NYT”-nin məlumatına görə, Gürcüstanda İvanişvilinin Anakliya layihəsinə qarşı gizli kampaniyanın keçirilməsi barədə fikir var. Belə ehtimallar həm milyarderin tənqidçiləri, həm də limanı quran konsorsium tərəfindən irəli sürülür:
“Gürcüstandakı mövcud layihələrin heç biri belə yüksək səviyyədə deyil. Liman layihəsi investorlarına Mərkəzi Asiya ilə Qərb arasında yük daşımalarının böyük bir hissəsini almaq imkanı verilir. Bu, Gürcüstanın investisiya qrupu, ABŞ və Böyük Britaniyadakı şirkətlərdən ibarət konsorsium tərəfindən dəstəklənir”.
Siqal yazır ki, bu ilin yanvar ayından İvanişvilinin vəkili funaksiyasını yerənə yetirən ölkənin baş prokuroru iki bankirin Ankaliya layihəsində çirkli pulları yumaq faktını araşdırır:
“Hakimiyyət rəsmiləri “TBC Bank”ın rəhbəri Mamuka Xazaradze və müavini Badri Çapraridzenin iki şirkətdən eyni həcmdə kredit aldığını və bundan sonra borclandıqlarını iddia etdiyini bildirirlər. Xazaradze “TBC Bank”ın həmtəsisçisi, ABŞ-ın “Conti Group” və “SSA Marine” ilə birlikdə Anakliya İnkişaf Konsorsiumunun bir hissəsi olan “TBC Holding”in yeganə təsisçisidir. Biznes liderləri hesab edirlər ki, Xazaradzeyə qarşı olan ittihamlar əsassız deyil. “Məqsəd layihə haqda mənfi rəy yaratmaqdır”, - Gürcüstanın Ticarət Palatasının sədri Fadi Asli bu haqda bildirib”.
Məqalənin müəllifi İvanişvilinin hakimiyyət daxilindəki nüfuzu haqda yazaraq vurğulayır ki, baş prokuror milyarderə dəstək verən yeganə nüfuzlu ölkə rəsmisi deyil: “Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri onun cangüdəni idi və iyun ayının sonuna qədər keçmiş şəxsi həkimi Gürcüstanın səhiyyə naziri idi. Bundan əlavə, iqtisadiyyat naziri İvanişviliyə məxsus “Kart Bank”ın icraçı direktoru olub.
Siqalın sözlərinə görə, liman layihəsi ətrafında baş verən skandal yerli siyasi intriqanın, yaxud hakimiyyət çəkişməsinin nəticəsidir.