Moskvada Federal Təhlükəsizlik Xidmətinin 6 əməkdaşı həbs edilib.
Axar.az xəbər verir ki, bu məlumatı RBK televiziyası öz mənbələrinə istinadən yayıb. Məlumata görə, həbs edilənlər arasında “Alfa” xüsusi təyinatlı dəstəsinin 3 əməkdaşı, “Vimpel” xüsusi təyinatlı qrupunun 1 əməkdaşı, K idarəsinin (bank şöbəsi) 2 zabiti yer alıb.
Onların 140 milyon rublu mənimsəməkdə ittiham edildiyi vurğulanıb.