Çinin paytaxtı Pekində “Şoudu” hava limanında 600-ə yaxın reys təxirə salınıb.
Trend-in məlumatına görə, qərara Pekində hökm sürən kəskin hava şəraiti səbəb olub.
Gün ərzində Pekində şiddətli yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır.
Qeyd olunur ki, “Şoudu” hava limanında planlaşdırılmış 2 minədək reysdən 265 uçuş və 317 eniş təxirə salınıb.