6 İyul 2019 22:40
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kütləvi qətliamların qarşısını ala bilməyən ABŞ mübahisə mövzusuna çevrilən bir addım atıb.

Teleqraf.com xəbər verir ki, ABŞ artıq kütləvi qətliamları, məktəb, bar və universitetlərə hücumların qarşısını almaq üçün müəllimlərə silahdan istifadənin sirlərini öyrətmək qərarına gəlib.

Müəllimlərə silahdan istifadə, bədəndə hansı nöqtəyə atəş açılmasının vacibliyi və silahı neçə tuşlayıb atəş açmağın sirləri öyrədilir.

İlk addım olaraq pilot layihə kimi Utahda 30 müəllimə silah dərsi verilir.

Həmçinin hücum zamanı yaralanan şəxslərə ilk tibbi yardım göstərilməsinin sirləri də öyrədilir.

Məlumata görə, müvafiq qanun müəllimlərin məktəbə silahla getməsinə imkan yaradacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər