Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun İstanbul bələdiyyəsini ziyarət etdikdən sonra keçirdiyi mətbuat konfransı zamanı maraqlı hadisə yaşanıb.
Teleqraf.com xəbər verir ki, İstanbul bələdiyyəsində jurnalistlər qarşısında çıxış edən CHP sədrinin mobil telefonuna qəfil zəng gəlib.
Kamal Kılıçdaroğlunun çıxış etdiyi an qarşısında olan mobilinə gələn zəng telefonun yerə düşməsinə səbəb olub. Lakin bu an CHP-nin İstanbul təşkilatının sədri Canan Kaftancıoğlu yerə düşən mobil telefonu havada tutub. Bu anın görüntüləri Türkiyə sosial şəbəkələrində ciddi müzakirələrə səbəb olub.
Qeyd edək ki, hazırda CHP-nin İstanbul təşkilatının sədri Canan Kaftancıoğlu ilə bağlı cinayət işi açılıb.