9 İyul 2019 14:02
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyada general Haftar tərəfindən saxlanılan 6 türk vətəndaşı Türkiyəyə qayıdıb.

Teleqraf.com xəbər verir ki, dənizçilər tanışlıq bəhanəsi ilə polis məntəqəsinə aparıldıqlarını və orada saxlanıldıqlarını söyləyiblər.

Mehmət Yıldız Odabaşı jurnalistlərə açıqlamasında 6 nəfərlik heyətlə işlədiklərini və Liviyaya səfərin beşinci günü həbs olunduqlarını söyləyib: “Haftarın əsgərləri limana gəlib yoxlama aparacaqlarını bildirdilər. İş saatımız başa çatandan sonra komandirləri ilə tanış olmaq məqsədilə polis məntəqəsinə dəvət etdiklərini söylədilər. Biz də getdik, amma tutulduğumuzu öyrəndik. İki gün bizi həbsdə saxladılar”.

Əyyub Əryılmaz toplu şəkildə saxlanıldıqlarını deyib: “Tanış olacağıq deyə getdik, bizi əsir alıblarmış, xəbərimiz olmayıb. Bizi bir cərgədə düzdülər, qabağımızda silahlı şəxslər dayandı. Psixologiyamız pozulmuşdu. Prezidentimiz və dövlətimizin yardımı ilə sərbəst buraxıldıq”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər