11 İyul 2019 19:22
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya İctimai Araşdırma Mərkəzinin hesablamalarına görə, ölkədəki xristianların nisbəti 2008 -2018 illərdə 50 faizdən 38 faizə düşüb.

Teleqraf.com-un xəbərinə görə, təxminən 3 min insan arasında keçirilən sorğuda xristianların sayının ciddi şəkildə azalmasının müşahidə olunduöu müəyyənləşib.

Nəticəyə əsasən, bu nisbət 1983-də 66 faiz, 2008-də 50 faiz olduğu halda, 2018-ci ildə 38 faizə düşüb.

Özünü heç bir dinə aid etməyənlərin sayı isə 50 faizə yüksəlib.

Sorğu zamanı müsəlmanların sayında artım olduğu aydın olub. Belə ki, 1983- cü ildə müsəlmanlar əhalinin 1 faizini təşkil edirdisə, hazırda bu göstərici 6 faizə yüksəlib.

İmamət İsmayılova


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər