13 İyul 2019 23:29
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin spikerinin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Nümayəndə heyətinin tərkibi spiker Ararat Mirzoyanla bərabər Mənim Addımım Blokunun rəhbəri Lilit Makunts, İşıqlı Ermənistan Fraksiyasının rəhbəri Edmon Marukyan, Çiçəklənın Ermənistan Fraksiyasının katibi Arman Abovyan və parlamentin hüquqi məsələlər üzrə komissiyasının sədr müavini Anna Karapetyandan ibarət olacaq.

Erməni nümayəndə heyətinin səfəri iyulun 14-də başlayacaq. 12 gün davam edəcək səfər zamanı ermənilər təkcə Vaşinqtonda görüşlə keçirməyəcəklər. Onlar Boston və Nyu Yorku da ziyarət edəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər