15 İyul 2019 08:46
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hərbçilərinin İraqın şimalında keçirdiyi "Pəncə"əməliyyatı ilə aşkarladığı mağaralardan birində 3 PKK terrorçusunun cəsədi tapılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində qeyd edilib.

Bununla da əməliyyatın başlanğıcından məhv edilən terrorçuların sayı 67-ə çatıb. "Pəncə-1" əməliyyatı mayın 27-də İraqın şimalında, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərliyi iləbaşlayıb.

Qeyd edilir ki, iyulun 12-də yerli vaxtla saat 22:00-da İraqın şimalında yeni "Pəncə-2"antiterror əməliyyatı başlayıb. Terrorçular əleyhinə mübarizəyəartilleriya, helikopterlər və pilotsuz uçuş aparatları cəlb edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər