15 İyul 2019 12:20
2 423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Kamal Kılıçdaroğlu ABŞ-la yaşanan “S-400” gərginliyi barədə açıqlama verib.

Teleqraf.com xəbər verir ki, CHP lideri Türkiyənin Rusiyadan əvvəl ABŞ-dan “Patriot” sistemləri almaq istədiyini, amma buna nail ola bilmədiyini bildirib.

“F-35” məsələsi və NATO ilə münasibətlər önəmlidir, amma bu coğrafiyada hava hücumundan müdafiə sistemlərinin zəif olması qəbuledilməzdir. Sistemlərin gücləndirilməsi və bu çərçivədə “S-400”-lərin alınması vacib idi”, deyən Kılıçdaroğlu qeyd edib:

“ABŞ-ın sanksiyaların nə olacağını bilmirəm, amma Türkiyə müdafiə sistemini gücləndirir deyə sanksiya tətbiq etmək qəbuledilməzdir. Biz bunu doğru hesab etmirik. Türkiyə indiyədək xaricdən asılılığını azaldıb öz müdafiə sistemini gücləndirə bilməmişdi”.

Əlavə edək ki, ABŞ və bir sıra NATO üzvü dövlətləri Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri alan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və bu ölkəni sanksiyalarla hədələyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər