Rusiyanın Smolensk şəhərində Fransa imperatoru Napoleon Bonapartın ən nüfuzlu generallarından biri olan Çarlz Etyen Qudinin qalıqları tapılıb.
Teleqraf.com xəbər verir ki, generalın skeletini rus və fransız arxeoloqlardan ibarət qrup aşkar edib.
Arxeoloqlar rəqs meydançasında tapılan skeletin uşaqlıqdan Napoleonu tanıyan Qudinə aid olduğunu iddia ediblər.
1812-ci ilə aid sənədlər Qudinin savaşda yaralanmasından sonra bir ayağının kəsildiyini göstərir. Aşkar olunan skeletin də bir ayaq sümüyü yoxdur.
Qazıntıda iştirak etmiş fransız arxeoloq Pyer Malinovski bu haqda deyib: “Napoleon onu canlı görən ən sonuncu insanlardan biri idi ki, aşkar etdiyimiz skelet də Napoleon dönəminə aid bir generala məxsusdur”.
Ordu generalı Çarlz Etyen Qudin 1812-ci ildə Fransanın uğursuz Rusiya işğalında Napoleonla birlikdə savaşıb. 1812-cilin avqustun 22-də 44 yaşında həyatını itirib.