16 İyul 2019 13:33
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul bələdiyyə sədrliyinə keçirilən seçkilərindən sonra ilk dəfə Əkrəm İmamoğlu ilə bir araya gəlib.

Teleqraf.com xəbər verir ki, ölkə başçısı 15 iyul demokratiya və milli birlik günü münasibətilə keçirilən mərasimdə iştirak etmək məqsədilə Ankara şəhərindən İstanbula gəlib. Türkiyə prezidentini birinci xanım Əminə Ərdoğan müşayiət edib.

Ərdoğanı Atatürk hava limanında İstanbul valisi Əli Yerlikaya, İstanbul Böyükşəhər Bələdiyyə sədi Əkrəm İmamoğlu, İstanbulun polis rəisi Mustafa Çalışqan, çoxlu sayda iş adamı, sənətçilər qarşılayıb.

Ərdoğanla İmamoğlunun seçkidən sonra ilk dəfə əl verib salamlaşması maraqla qarşılanıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər