17 İyul 2019 11:37
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampın Konqres üzvlərinə qarşı “irqçi” tvitter statuslarını qınayan qərar layihəsi qəbul edib.

Teleqraf.com xəbər verir ki, qərar layihəsinin lehinə 240, əleyhinə isə 187 nümayəndə səs verib.

Xatırladaq ki, Prezident Tramp Tvitter hesabındakı paylaşımında Konqresin müsəlman qadın üzvlərindən İihan Omar, RəşidəTlaib, habelə Aleksandıra Okasio Kortez və Ayanna Pressleyi “proqressiv Konqres üzvləri” kimi qiymətləndirib, onların qaçqın kökənli olduğunu ifadə edib və bu şəxslərin ölkələri haqqında “dünyadakı ən axmaq ölkələr” ifadəsini işlədib.

“Niyə bu qadınlar öz ölkələrinə gedərək oranı düzəltmirlər. Gedin, ölkənizi düzəldin, bundan sonra geri gəlin və necə olduğunuzu bizə göstərin”, - Tramp həmin qadınlar barədə deyib.


Müəllif: Cavad

Oxşar xəbərlər