11 Sentyabr 2014 00:02
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın Narang mahalının Kunar şəhərində NATO tərəfindən təşkil edilən hava əməliyyatında Taliban təşkilatının iki üzvü olmaqla 14 nəfər həyatını itirib.


Publika.az-ın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Kunar valisi Şuca Almulk Celale bildirib.

Şəhər valisi daha 13 dinc sakinin yaralandığını deyib. Ölənlərdən 4-ü uşaq, 3-ü isə qadındır. Celale Narang mahalında tez-tez əfqan təhlükəsizlik gücləri və Taliban silahlıları arasında silahlı qarşıdurmaların baş verdiyini qeyd edib.

Əfqanıstandakı NATO qüvvələri hadisə ilə bağlı hələ açıqlama verməyib.


Müəllif:

Oxşar xəbərlər