Rusiyadan S-400 hava hücumundan müdafiə kompleksləri aldığı üçün Qərblə münasibətləi pisləşən Türkiyə kompleksin hissələrini almaqda davam edir.
Teleqraf.com xəbər verir ki, hissələri Rusiyadan Türkiyəyə daşıyan 15-ci yük təyyarəsi bu gün türk hava sahəsinə daxil olub.
Qeyd edək ki, artıq 7-ci gündür ki, Rusiya müqaviləyə uyğun olaraq hava müdafiə sisteminin avadanlıqlarını Türkiyəyə daşıyır.
Son məlumat budur ki, komplekslərin çatdırılması prosesi nəzərdə tutulan plana uyğun davam etdirilir.