Fransa Prezidenti Emmanuel Makron 2020-ci il mayın 9-da faşizm üzərində qələbənin 75-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün Moskvaya gələcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, razılıq onun Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı əldə olunub. Belə ki, V.Putin fransalı həmkarını təntənəli tədbirlərdə iştirak etməyə dəvət edib. E.Makron öz növbəsində bu təklifi qəbul edib.
Bundan başqa telefon söhbəti zamanı müxtəlif formatlarda növbəti kontaktların olması nəzərdə tutulub.