Türkiyədə Çanaqqala-Eceabad xətti ilə hərəkət edən gəmidə güclü yanğın baş verib.
Teleqraf.com xəbər verir ki, yanğın sərnişin və minik maşınları daşıyan “Karahasan-2” adlı gəminin mühərrik hissəsində baş verib.
Hadisə limana yaxın baş verdiyi üçün göyərtədəki 98 sərnişini və heyət üzvlərini təxliyə etməkdə böyük çətinlik olmayıb. Gəminin limana yaxın ərazidə saya oturduğu bildirilir.