19 İyul 2019 11:53
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəni F-35 proqramından çıxaran ABŞ Ankaraya sanksiyalar tətbiq etmək üçün Prezident Donald Trampa təzyiqləri gücləndirir.

Teleqraf.com xəbər verir ki, ABŞ Konqresində Türkiyəyə sanksiyaları nəzərdə tutan layihə hazırlanıb.

Layihə haqqında danışan senator Bob Menendez “Türkiyənin F-35 proqramından çıxarmaq bəs etməz, sanksiyalar tətbiq edilməlidir” deyib.

Məlumata görə, Senata təqdim edilən qərar layihəsinin müəllifi Floridadan olan semator Riki Skott və İndiana ştatının senatoru Tood Younqdur.

Adı çəkilən senatorların hazırladığı layihədə Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə kompleksləri alması ABŞ-ın təhlükəsizlik maraqlarına təhdid kimi qiymətləndirilib. Sənəddə Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməsi üçün ABŞ hökumətinə çağırış edilib.

Həmçinin sənəddə ABŞ hökumətinin Rusiyanın təşkil etdiyi təhdidi müzakirə etməsi, Türkiyənin NATO üzvlüyündən xaric edilməsi məqsədilə NATO-nun toplantısının çağırılması vacib sayılır.

Senator Bob Menendez Prezident Trampın Türkiyəyə sanksiyalar tətbiqinə qarşı çıxacağı halda Senata Vaşinqton iqtidarını buna məcbur edəcək qanun layihəsi təqdim edəcəyi xəbərdarlığını edib.

Siyasi analitiklər isə hesab edirlər ki, əgər Konqres mövqeyində israr etsə, Tramp geri çəkilməli olacaq. Bu halda Tramp sadəcə olaraq, Türkiyəyə tətbiq ediləcək sanksiyaları bir müddət gecikdirə bilər.

Yeri gəlmişkən, Prezident Tramp Türkiyənin F-35 proqramından çıxarılmasından sonra ilk dəfə danışıb. Prezident Türkiyə mövzusunda xələfi Barak Obamanın ciddi xəta etdiyini vurğulayıb: “Bu çox ağır durumdur. Dolayısı ilə hazırda sanksiyalar mövzusuna baxırıq, nə edə biləcəyimizi araşdırırıq. Hələlik son qərarımız açıqlanmayıb”.


Müəllif: Cavad

Oxşar xəbərlər