19 İyul 2019 19:53
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə təhlükəsizlik qüvvələrinin davam etdirdiyi antiterror əməliyyatlarında iki hərbçi şəhid olub.

Teleqraf.com xəbər verir ki, Bitlis bölgəsində PKK terrorçuları mülki minik avtomobilinə hücum ediblər. Raket atəşi nəticəsində avtomobildəki zabit həlak olub, bir mülki qarovul yaralanıb.

Türkiyə Silahlı Qüvvələrinin İraqın Hakurk bölgəsində davam etdirdiyi “Pençe” hərəkatı antiterror əməliyyatında isə bir əsgər şəhid olub. Bildirilir ki, əsgər PKK terrorçuları ilə atışmada həyatını itirib.


Müəllif: Teleqraf.com