20 İyul 2019 22:39
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koalisiya qüvvələri Əfqanıstanın Qəzni və Paktiya vilayətlərində "Taliban" hərəkatının silahlılarına qarşı hava hücumu təşkil ediblər.

Bu barədə "Khaama Press" mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, əməliyyat zamanı 14 silahlı öldürülüb və yaralanıb. Qeyd edilir ki, əfqan hərbçiləri həmçinin silahlıların 4 əldəqayırma partlayıcı qurğusunu müəyyənləşdirərək zərərsizləşdiriblər.

Daha əvvəl "taliban"çılar Əfqanıstan ordusunun generalını öldürüblər.


Müəllif: Teleqraf.com