21 İyul 2019 15:44
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Hörmüz boğazında “Stena İmpero” tankerinin saxlanılması ilə əlaqədar İrana sanksiya tətbiq etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, Böyük Britaniyanın müdafiə nazirinin müavini Tobias Elvud bölgənin hərbi texnika ilə təmin ediləcəyini açıqlayıb.

Onun sözlərinə görə, Hörmüz boğazını açıq tutmaq və təhlükəsizliyi təmin etmək məqsədilə İngiltərə bölgəyə hərbi qüvvə göndərməkdə qərarlıdır.

"İrana sanksiya tətbiq ediləcəkmi" sualını Elvud belə cavablandırıb: "Biz bütün variantları dəyərləndiririk".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər